Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verilib
Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verilib.
YeniAvropa xəbər verir ki, festivalın aparıcıları bu mötəbər tədbir barədə məlumatı qonaqlarla bölüşüblər. Bildirilib ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirilir.
“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
Sonra “TEKNOFEST”ə hazırlığın gedişatını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda qeyd edilib ki, festivala hazırlıq çərçivəsində tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib. Bakı Kristal Zalı və Dənizkənarı Bulvar ərazisinin rabitə, elektrik enerjisi və digər kommunikasiyalarla təminatı yoxlanılıb, görüləcək işlərin planı hazırlanaraq icrasına başlanılıb. Festivalın keçiriləcəyi ərazinin, eləcə də qonaqların və müsabiqə iştirakçılarının qalacaqları Atletlər Kəndi və mehmanxanalarda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi üçün güc strukturları ilə birgə tədbirlər planlaşdırılıb. Tədbir iştirakçılarının akkreditasiyası həyata keçirilməyə başlanıb. Ziyarətçilərin “iticket.az” platforması üzərisindən onlayn bilet əldə etmələri üçün texniki hazırlıq işləri tamamlanıb və mayın 1-dən qeydiyyata başlanılıb. Dənizkənarı Bulvar ərazisində çadırların montaj işlərinə start verilib.
Daha sonra Səlcuq Bayraktarın geri sayımı ilə “TEKNOFEST Azərbaycan” festivalı öz işinə başlayıb. Təbdir iştirakçıları VİP tura dəvət olunublar. Tur zamanı moderator qonaqlara “TEKNOFEST” barədə ümumi məlumat verib.
Qeyd edək ki, “Teknofest Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.
Aİ-nin prezidenti Şarl Mişel İlham Əliyevə zəng etdi
Azərbaycanda iqlim dəyişmələrinə uyğunlaşma planı hazırlanır
İlham Əliyev Bakı–Şamaxı- Güzdək avtomobil yolunun tikintisinə 1,4 milyon manat ayırdı
3 rayonda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb
DİM II və III qrup üzrə 32 mindən çox abituriyent üçün imtahan keçirəcək
Sabah Bakıda 33° isti olacaq
Allahşükür Paşazadə Londana gedir
Tehranda Azərbaycan və İranın XİN başçılarının görüşü olub
İlham Əliyev 2022-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib
"Şahdağ"da qar yağıb
Yevlaxda polis əməkdaşına xəsarət yetirən şəxslərə cinayət işi başlanıb
"Azercell" rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
Bakıda iri marketlərdən birində kütləvi zəhərlənmə olub
Deputatlara verilən bəzi pul təminatları ləğv edilib
Öötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb
Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Ceyhun Bayramov İrana rəsmi səfərə gedib
Çempionlar Liqası:"Lex" - "Qarabağ" oyununa 22 mindən çox bilet satılıb
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub
Cüdo üzrə milli komandamız açıq Avropa turnirində I olub
Ermənilər Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutub
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransı keçirilir
Kraliça II Elizabet öz səlahiyyətlərinin bir hissəsini şahzadə Çarlza verib