logo

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

18:19 25-05-2022 | icon 728
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyədə səfərdədir.

YeniAvropa xəbər verir ki,  generalın rəhbərlik etdiyi şəxsi heyət Türkiyənin Konya şəhərində keçirilən ənənəvi "Anadolu Qartalı-2022" beynəlxalq taktiki uçuş təlimlərini izləyib.

Xatırladaq ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.