Yol polisi sürücülərə və paytaxt sakinlərinə müraciət edib
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə və paytaxt sakinlərinə müraciət edib.
İdarədən YeniAvropa-ya bildirilib ki, 2022-ci ilin mayın 26-dan 29-dək dörd gün boyunca Bakı Kristal Holl və onun ətrafı Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Aviasiya Festivalı keçiriləcək. Festivalın keçiriləcəyi əraziyə 08:30-18:00 aralığında və əks istiqamətdə 09:00-21:00 arası avtobus xidməti təşkil edilib.
Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq paytaxtın 28 may metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə “Baku Bus” MMC-nin avtobusları ilə hərəkət edəcəklər. Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında “Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən asılı olaraq Dənizkənarı Bulvar və Kristal Holl istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər. Odur ki, festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir.
“Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festivalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Holl və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır. Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür edirik”, - deyə məlumatda bildirilir.
Neftin 1 barelinin qiyməti 360 dollara qalxa bilər-"Bloomberq"
Zakir Həsənov xidməti müşavirə keçiib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan nefti 125,30 dollara satılır
Azərbaycan polisi 104 yaşında!
İranda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
Göygöldə ağır avtoqəza: 1 ailənin 4 üzvü öldü
ABŞ və Azərbaycan arasında münasibətlər inkişaf edir-Səfir
Türk dövlətlərinin təhlükəsizlik şuralarının katiblərinin görüşü olub
Türkiyə və Ermənistan normallaşma prosesinə dair bəzi razılıqlara gəliblər
Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd edilib
İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub
İyulda Bakıda 41°, bəzi bölgələrdə isə 43° isti olacağı proqnozlaşdırılır
Ərdoğan:Finlandiya və İsveçin davranışlarına əsasən geri addım da ata bilərik
Ceyhun Bayramov İordaniya Senatının sədri ilə görüşüb
İran Azərbaycanla sərhədləri bağlamayıb-Səfirlik təkzib etdi
Sinoptiklərdən güclü külək və yağış xəbərdarlığı
Rusiya aviaşirkətlərinə məxsus 77 təyyarə xarici ölkələrdə saxlanılıır
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 854 min nəfəri ötür
Azərbaycanda daha 29 nəfər koronavirusa yoluxub
Qurban bayramının tarixi açıqlanıb
Gəncə şəhər Məhkəməsinə sədr, sədr müavini və hakimlər təyin edilib
Bakıda Xəzər dənizinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
39 xəbər saytı MEDİA-dan maliyyə yardımı alacaq