logo

London Rusiyanın üç aviakompaniyasına qarşı sanksiya tətbiq edib

12:34 19-05-2022 | icon 3493
London Rusiyanın üç aviakompaniyasına qarşı sanksiya tətbiq edib

London Rusiyanın “Aeroflot”, “Rossiya” və “Uralskiye avialinii” aviakompaniyalarını sanksiya siyahısına daxil edib.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında yerləşdirilən məlumata görə, Rusiya aviakompaniyalarına qarşı tətbiq olunan tədbirlər onların aktivlərinin dondurulmasını nəzərdə tutur.

“Aeroflot” ASC Rusiyanın ən böyük aviakompaniyasıdır. Kompaniya strateji əhəmiyyətli nəqliyyat sahəsində fəaliyyət göstərməklə Rusiya hökumətindən faydalanır və ona dəstək verir. O, dövlətə məxsus olduğu üçün Rusiya hökumətinə bağlı hüquqi şəxs kimi fəaliyyət göstərir”, - deyə Böyük Britaniya hakimiyyətinin qərarında bildirilir.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib, Ukraynaya isə hərbi və humanitar yardımı artırıb.