Azərbaycan bazarı İran üçün önəmlidir ,Ümid edir ki, Azərbaycan vasitəsilə digər ölkələrə İran məhsullarının tranziti həyata keçirləcək.
YeniAvropa xəbər verir ki, bu fikirləri barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "CASPINDEXPO 2022" beynəlxalq ticarət və sənaye sərgisinin açılış mərasimində deyib.
“Çünki hər iki dövlət eyni strateji bölgədə yerləşirlər. Dünyada məhsulların tranziti üçün bu iki ölkənin potensialından istifadə edilməlidir. İki ölkə arasında ticarət dövriyyəsi bizim üçün qaneedici deyil. Güman edirəm ki, bu kimi sərgilərin təşkili ilə ölkələr arasında ticarət dövriyyəsi artacaq və 1 milyard ABŞ dollarına çatacaq”,-deyə səfir sözlərinə əlavə edib.
Diplomat daha sonra qarşıdakı gözlənilən ikitərəfli səfərlər barədə də məlumat verib.
Bildirib ki, yaxın vaxtlarda Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin İrana səfəri gözlənilir.
"Bununla yanaşı İran parlamentinin nümayəndəsi Azərbaycana səfəri gözlənilir",-deyən səfir sözlərinə əlavə edib.