Xaçmazda “Yaz festivalı” keçiriləcək
Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq mayın 14-də Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçiriləcək. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak edəcəklər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildirilib ki, festivalın keçirilməsində məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstək məqsədilə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçıları öz məhsullarını nümayiş etdirməklə, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar görüşlərin keçirilməsi, həmçinin yaz tarla işlərinin başlanması ilə bağlı fermerlərdə ruh yüksəkliyi yaratmaqdır.
Bu məqsədlə Aqrar Xidmətlər Agentliyi festivala qatılmaq istəyən yerli və xarici şirkətləri, sahibkarları, media nümayənələrini, eləcə də qonaq qismində hər bir kəsi dəvət edir. İştirakçıların rahatlığını təmin etmək məqsədilə Bakı şəhərindən və müxtəlif bölgələrdən festivalda iştirak edən vətəndaşlar üçün ödənişsiz şəkildə nəqliyyat vasitələri təşkil olunacaq və xüsusi endirimli hotellərlə təmin ediləcəklər.
Tədbirdə, həmçinin qonaqlar üçün əyləncə proqramı, kənd təsərrüfatı şirkətlərinin təqdimatı, ödənişsiz kulinariya nümunələri təqdim ediləcək, yeni növ “Bahar” çörəyinin təqdimatı, paytaxt və Xaçmaz brendləri ilə tanışlıq, müxtəlif təamlar nümayiş olunacaq, bir sıra mədəni–etnoqrafik tədbirlər keçiriləcək.
Festival çərçivəsində ölkə vətəndaşlarının həvəsləndirilməsi və istedadlarının inkişafına dair “Bahar” mövzusu üzrə əlavə olaraq dörd müsabiqə (“Baharı çəkirəm” yaradıcılıq müsabiqəsi, “Bahar gəldi” fotomüsabiqəsi, “Bahar 22” müsabiqəsi, “Nərd” çempionatı) keçiriləcək. Hər müsabiqə üzrə qaliblər mükafatlandırılacaq.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb