“Azəri-Çıraq-Günəşli”(AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin mayın 1-dək 589 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.
Qeyd edilib ki, AÇG-dən 553 milyon ton neft, “Şahdəniz”dən isə 36 milyon ton kondensat çıxarılaraq ixraca yönəldilib.