logo

Bakıda Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

15:30 27-04-2022 | icon 3325
Bakıda Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İranın xarici işlər nazirinin iqtisadi siyasət üzrə müavini Mehdi Səfəri ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Mikayıl Cabbarov məlumat verib.

"Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə müzakirə apardıq. Ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik", - deyə Mikayıl Cabbaro qeyd edib.