logo

Rusiya Azərbaycan iqtisadiyyatına 6,3 milyard dollar sərmayə yatırıb

16:13 26-04-2022 | icon 3325
Rusiya Azərbaycan iqtisadiyyatına 6,3 milyard dollar sərmayə yatırıb

Bu ilin birinci rübünün yekunlarına görə, Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi 631 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisini 8 faiz üstələyir.

 YeniAvropa xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, qarşılıqlı investisiyalar sahəsində qarşılıqlı əlaqələr dinamik şəkildə artır.

"Azərbaycan iqtisadiyyatına toplanmış Rusiya sərmayəsi 6,3 milyard dollardır. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,2 milyard dollar sərmayə qoyub. Rusiya biznesi Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş şəkildə təmsil olunur. Azərbaycanda Rusiya kapitalı ilə 1133-ə yaxın müəssisə fəaliyyət göstərir",- deyə Şahin Mustafayev qeyd edib.