Bu gün Bakıda Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 20-ci iclası öz işinə başlayıb.
YeniAvropa xəbər verir ki, iclas Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin və Rusiya hökumətinin sədr müavini Aleksey Overçukun həmsədrliyi ilə keçirilir.
İclasda iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunur.