Cari ilin yanvar-mart aylarında magistral neft kəmərləri ilə 8 milyon 642,5 min ton neft nəql edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, nəqletmənin 77,2 faizi Bakı-Tbilisi-Ceyhan(BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, hesabat dövründə BTC kəməri vasitəsilə 6 milyon 675 min ton neft ötürülüb.
Qeyd edilib ki, ilk 3 ayda BTC kəməri ilə 1 milyon 201,7 min ton tranzit nefti də nəql olunub.