logo

Rusiya Azərbaycanla bütün ticarətin təqribən 30 faizi rublla həyata keçirir

11:11 25-04-2022 | icon 2331
Rusiya Azərbaycanla bütün ticarətin təqribən 30 faizi rublla həyata keçirir

Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təqribən 30 faizi rublla həyata keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar "RİA Novosti" agentliyinə müsahibəsində məlumat verib.

“Mövcud olan ekspert dəyərləndirmələrinə görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təqribən 30 faizi rublla həyata keçirilir. Bütövlükdə, Rusiya-Azərbaycan təsərrüfat əlaqələrinin arxitekturası mənfi xarici amillərə az məruz qalıb və qeyri-standart vəziyyətlərə sürətlə uyğunlaşır”,-deyə diplomat  qeyd edib.

O əlavə edib ki, Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalmaqdadır və Azərbaycanın neft məhsullarını idxal edən ölkələr arasında birinci yeri tutur.