Mayın 17-də Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, tədbirin təşkilatçıları Aİ-nın Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Biznes forum Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır.