logo

“Azercell Telekom” MMC “Bakı Marafonu -2022”-nin baş sponsorudur

14:34 20-04-2022 | icon 3920
“Azercell Telekom” MMC “Bakı Marafonu -2022”-nin baş sponsorudur

May ayının 15-də Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə ölkəmizin idman təqvimində mühüm yer alan “Bakı Marafonu” keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu il “Bakı Marafonu” yubileyini qeyd edir. Artıq 5 ildir ki, həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən minlərlə idmansevər “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu”nda yarışır. Bu dəfə yarış sağlam həyat tərzi pərəstişkarlarını həm də yeni marşrut ilə sevindirəcək. Eyni zamanda, marafonun start və finiş nöqtəsi eyni məkanda yerləşəcək. İştirakçılar Dövlət Bayrağı Meydanında toplaşacaq və 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıdacaqlar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaradacaq.

Yarışa qatılmaq üçün may ayının 10-dək “Gənclik Mall”, 28 Mall” və ya “Dəniz Mall”da quraşdırılmış xüsusi məntəqələrə müraciət edərək, eləcə də  www.marathon.az saytı üzərindən qeydiyyatdan keçmək mümkündür (ətraflı: www.marathon.az).

Qeyd edək ki, “Azercell Telekom” MMC 2017-ci ildən etibarən “Bakı Marafonu”nun baş sponsoru qismində çıxış edir. Bu il də ənənəvi olaraq marafonda “Azercell Telekom” MMC-nin rəhbər heyəti ilə yanaşı, şirkətin əməkdaşları və korporativ abunəçiləri də iştirak edəcək. 

Fəaliyyət dövrü ərzində sağlam həyat tərzini təşviq edən Azercell hər kəsi “Bakı Marafonu”na qatılmağa səsləyir və bütün yarışçılarauğurlar arzu edir!