Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri Otar Şamuqiya mayın əvvəlində Azərbaycana səfər edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, səfərin əsas məqsədi mayın 6-da Bakıda keçiriləcək “Kənd təsərrüfatının rəqəmsallaşdırılması” mövzusunda nazirlərin toplantısında iştirak etməkdir.
Qeyd edək ki, toplantıda 30-a yaxın ölkənin kənd təsərrüfatı nazirləri və nümayəndələrin iştirakı gözlənilir.