logo

İndiyədək “Şahdəniz” yatağından 164 milyard m3 qaz hasil edilib

15:30 16-04-2022 | icon 2947
İndiyədək “Şahdəniz” yatağından 164 milyard m3 qaz hasil edilib

İstismar tarixindən bu il aprelin 1-dək “Şahdəniz” qaz və kondensat yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf bildirib.

Qeyd edib ki, bu dövrdə “Şahdəniz” yatağından 163,97 milyard kubmetr qaz, 36,94 milyon ton kondensat hasil edilib.

Bu ilin birinci rübündə isə yataqdan qaz hasilatı 6,44 milyard kubmetr, kondensat hasilatı isə 1,15 milyon ton olub.