logo

Azərbaycan-İslam İnkişaf Bankı əməkdaşlığı müzakirə edilib

14:44 15-04-2022 | icon 2954
Azərbaycan-İslam İnkişaf Bankı əməkdaşlığı müzakirə edilib

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayev və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir arasında görüş keçirilib.

YeniAvropa xəbər verir ki, görüşdə bu mötəbər maliyyə qurumu ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Məhəmməd Əl-Casir rəhbərlik etdiyi İslam İnkişaf Bankının Azərbaycanla bağlı yeni layihələrindən bəhs edib və bu maliyyə qurumunun ölkəmizə dəstəyinin gələcəkdə də davam edəcəyini vurğulayıb.

Səfir Şahin Abdullayev Azərbaycanın İslam İnkişaf Bankı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb, hazırda ölkəmizdə davam edən iqtisadi tərəqqi, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.