logo

Britaniya Vahid Ələkbərovu da sanksiya siyahısına salıb

14:14 13-04-2022 | icon 7217
Britaniya Vahid Ələkbərovu da sanksiya siyahısına salıb

“Lukoyl” kompaniyasının həmsahibi Vahid Ələkbərov, AFK “Sistema” investisiya şirkətinin direktorlar şurasının sədri Vladimir Yevtuşenkov və Rusiya Dəmir Yolları ASC-nin sabiq prezidenti Vladimir Yakunin Böyük Britaniyanın sanksiya siyahısına salınıb.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyadan, həmçinin qondarma “LXR” və “DXR”-dən olan daha 206 fiziki şəxsin daxil olduğu sənədin yenilənmiş versiyası Böyük Britaniya hökumətinin saytında yerləşdirilib.

“Vahid Ələkbərov “Lukoyl” kompaniyasını idarə etməklə Rusiya hökumətindən faydalanmağa və onu dəstəkləməyə davam edir”, - deyə sənəddə bildirilir. Sanksiyaların tətbiq edilməsi, həmçinin Rusiya hökuməti üçün “energetika sektorunun strateji əhəmiyyəti” ilə əsaslandırılır.

Bundan başqa, Ukraynanın “Müxalifət platforması - Həyat naminə” partiyasının siyasi şurasının rəhbəri Viktor Medvedçukun adı da Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib.

Ukrinform informasiya agentliyinin məlumatına görə, aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkə ərazisində gizlənən Viktor Medvedçuk saxlanılıb.