“Qazaxıstan Dəmir Yolu” SC və “Azərbaycan Dəmir Yolları” QSC logistika sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb.
YeniAvropa xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev ilə görüşüb.
Danışıqlar zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) üzrə multimodal daşımaların gələcək inkişafı məsələləri müzakirə edilib.