Azərbaycan və Türkiyə hava məkanının birgə istifadə edəcəklər
Aprelin 12-də Ankarada “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyevin və Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinin (DHMI) baş direktoru Hüseyn Keskinin rəhbərliyi ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) və DHMI-nin nümayəndə heyətləri arasında görüş keçirilib.
"AZAL"ın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə hava məkanından istifadə və regionda aeronaviqasiyanın inkişafı üzrə strategiya layihəsinin həyata keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edilən strategiya ölkələrə aeronaviqasiya xidməti və hava məkanından səmərəli istifadə sahəsində beynəlxalq tələbləri birgə həyata keçirməyə imkan yaradacaq.
Bu əməkdaşlıq iki qardaş dövlətin uçuşların təhlükəsizliyinin təmin edilməsi, aeronaviqasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və hava daşımalarının müntəzəmliyinin təmin edilməsi sahəsində bir-birinə qarşılıqlı köməyin bariz nümunəsidir.
Türkiyə Azərbaycanın, həmçinin mülki aviasiya sahəsində strateji tərəfdaşıdır. Azərbaycan və Türkiyənin hava məkanı Avropa və Asiyanı birləşdirən genişmiqyaslı aviadaşımalar zəncirində mühüm rol oynayır. Bu hava dəhlizi, həmçinin “Bir kəmər, bir yol” qlobal nəqliyyat layihəsinin davamıdır.
Son onillik ərzində Azərbaycanın inkişaf etmiş yerüstü və hava nəqliyyatına malik olan tranzit dövlət kimi rolu xeyli artmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və müdrik siyasəti nəticəsində mümkün olub və uğurla həyata keçirilib. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə beynəlxalq hava limanının açılışı iki qardaş ölkə arasında hava nəqliyyatının və hava hərəkətinin inkişafının əhəmiyyətini və vacibliyini göstərən daha bir parlaq sübutdur.
Xatırladaq ki, 2018-ci ildə AZANS, DHMI-nin aeronaviqasiya xidməti və ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) birgə uzlaşdırılmış fəaliyyəti nəticəsində bu gün Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı olub. Həmin marşrutla həmsərhəd dövlətlərin hava məkanından istifadə etmədən, iki ölkə arasında birbaşa hava əlaqəsi yaradılıb.
Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq reyslərin həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə hava əlaqələrinin genişləndirilməsi işinə əhəmiyyətli töhfə olub.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb