logo

Putin Zelenskinin təkbətək görüş təklifinə reaksiya verməyib

21:11 11-04-2022 | icon 1792
Putin Zelenskinin təkbətək görüş təklifinə reaksiya verməyib

"Rusiya prezidenti Vladimir Putinə Ukrayna prezidenti Volodimir Zelenskinin onunla təkbətək danışıqlar aparmaq istədiyini bildirdim".

YeniAvropa xəbər verir ki, bu fikri Avstriya kansleri Karl Nehammer V.Putinlə danışıqlardan sonra avstriyalı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

"Ona bunu da dedim ki, prezident V.Zelenski danışıqlar aparmaq üçün onunla birbaşa əlaqə qurmaq istəyir. Lakin o, buna ciddi reaksiya verilmədi", -deyə  Avstriya kansleri sözlərinə əlavə edib.

K.Nehammer Ukraynada hərbi xüsusi əməliyyat başlayandan sonra Avropa İttifaqının Rusiya lideri ilə danışıqlar aparan ölkəsinin ilk hökumət başçısı olub. Qeyd edək ki, bundan əvvəl Avstriya kansleri Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıb.