logo

“Azercell”dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə

16:56 11-04-2022 | icon 4277
“Azercell”dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə

Ölkənin lider mobil operatoru “Azercell Telekom”un müqəddəs Ramazan ayı münasibətilə öz abunəçilərinə xüsusi hədiyyəsi var. Bu bayram ayında hər kəsə xoş ovqat bəxş etmək məqsədilə “Azercell” özəl Ramazan kampaniyası iştirakçılarına 2GB həcmində internet paketlərini hədiyyə edir.

Kampaniyanın şərtlərinə əsasən, 2022-ci il aprelin 9-dan mayın 2-dək “Azercell” fakturasız xətt (SimSim) sistemindən istifadə edən abunəçilərə Ramazan ayının ruhuna uyğun olaraq imsak vaxtında istifadə üçün 2GB internet paketi təqdim olunur. Hədiyyə paketini əldə etmək üçün fakturasız xətt abunəçiləri aylıq internet paketlərindən birinə (500MB, 1GB, 5GB, 10GB, 30GB, 50GB), yaxud “Sərbəst” tariflərindən birinə və ya “GəncOL 6/9” tariflərindən birinə qoşulmalıdır. Təqdim olunan paketdən mayın 2-dək 02:00-06:00 saatları arasında istifadə etmək mümkündür.

Kampaniya haqqında daha ətraflı məlumatı “Azercell Telekom” MMC-nin rəsmi veb-səhifəsindən əldə etmək mümkündür: https://bit.ly/ramazan-campaign-az

Hər zaman abunəçilərinə xüsusi bayram hədiyyələri təqdim edən “Azercell” şirkəti Ramazan ayı münasibətilə hər kəsi təbrik edir.