logo

Avropa İttifaqı Gürcüstana üzvlüklə bağlı sorğu vərəqəsi təqdim etdi

15:35 11-04-2022 | icon 1834
Avropa İttifaqı Gürcüstana üzvlüklə bağlı sorğu vərəqəsi təqdim etdi

Avropa İttifaqı(Aİ) təşkilata üzvlüklə bağlı Gürcüstanın müraciətini cavablandırıb. Quruma üzvlüklə bağlı sorğu vərəqi artıq Gürcüstana təqdim olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, sənədi Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Lüksemburqda Gürcüstanın xarici işlər naziri İlya Darçiaşviliyə təqdim edib.

İlya Darçiaşvili Aİ tərəfindən sənədin təqdim olunmasını yüksək qiymətləndirib.

“Sorğu vərəqəsini əldə etməklə biz xalqımızın milli seçimi - Avropa İttifaqına inteqrasiya yolunda irəliyə daha bir böyük addım atdıq. Gürcüstan sənədi vaxtında doldurmaq və növbəti mərhələlərə keçmək üçün səylərini əsirgəməyəcək”,-deyə İlya Darçiaşvili özünün "Twitter" hesabında yazıb.

Qeyd edək ki, sorğu vərəqəsi Gürcüstanla yanaşı, Moldovaya da verilib.