Aprelin 17-də Əmmanda Azərbaycan-İordaniya biznes forumu keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, biznes foruma hazırlıq məsələlərini müzakirə etmək məqsədi ilə İordaniya Sahibkarlar Assosiasiyasının ofisində qurumun baş direktoru Tariq Hicazi Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovla görüşüb.
Görüşdə iki dost ölkənin iş adamları arasında əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. Diqqətə çatdırılıb ki, bu ay Bakıda Əmman və Bakı arasında hava əlaqəsinin başlanması imkanları, həmçinin Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İordaniya Sahibkarlar Assosiasiyasının əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə biznes forumu zamanı iqtisadiyyatın müxtəlif sahələri və turizm sektorunda əməkdaşlığa dair yeni investisiya layihələri ətrafında fikir mübadiləsi aparılıb.