logo

Azərbaycan nefti 104,85 dollara satılır 

10:10 09-04-2022 | icon 2982
Azərbaycan nefti 104,85 dollara satılır 

Azərbaycan neftinin qiyməti  bahalaşıb.

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,16 dollar bahalaşaraq 104,85 dollar olub.

Azərbaycan neftinin maksimum satış qiyməti bu il martın 9-də qeydə alınıb. Neftin 1 bareli 135,99 ABŞ dollarına satılıb.  

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyunun 25-də 116 dollardan baha (116,05) satılıb.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib