logo

"Azercell" Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

12:52 08-04-2022 | icon 3780
"Azercell" Mobil Müştəri Xidmətləri Zəngilanın Ağalı kəndində!

5 aprel tarixində "Azercell" Müştəri Xidmətləri komandası azad olunmuş ərazilərimizdə şirkətin şəbəkəsindən faydalanan abunəçilərə dəstək göstərmək təşəbbüsü ilə Zəngilanın Ağalı kəndinə səfər etdilər.

Xatırladaq ki, ötən ilin aprel ayında prezident İlham Əliyevin “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncamına əsasən Zəngilan rayonunun Ağalı kəndinin ərazisində ilk “Ağıllı kənd” layihəsinin təməli qoyulmuşdur. “Azercell Telekom” da bu konsepsiyaların nəzərdə tutduğu əşyaların internetinə (IoT) əsaslanan daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən Azərbaycanın ilk mobil operatoru oldu və bu istiqamətdə fəaliyyətini davam etdirməyə hazırdır.

Həkəri çayının sahilində yerləşən Ağalı kəndində "Azercell" Müştəri Xidmətləri Zəngilanda çalışan abunəçilərlə görüşdü. Səfər zamanı hərbçilər, tibb işçiləri, müxtəlif qurum və şirkətlərin əməkdaşları da daxil olmaqla,çoxsaylı abunəçiyə xidmət göstərilərək 50-dən çox fərqli müxtəlif müştəri əməliyyatı həyata keçirildi. Qeyd etmək lazımdır ki, bir qayda olaraq "Azercell"in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsisat, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar Zəngilan abunəçiləri üçün ödənişsiz həyata keçirildi.

file.-1-5

Xatırladaq ki, ötən ilin sentyabr ayında "Azercell"in Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər etmiş və oradakı abunəçilərəödənişsizxidmətlər göstərmişdir. Bundan əlavə, "Azercell" şirkəti Şuşada "Azercell" Eksklüziv ofisini, həmçinin, Zəngilanda  rəsmi diler mağazasını açacaq.

"Azercell"in əsas vəzifəsi və məqsədi işğaldan azad ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.