Dünya Bankı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, nazir Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verdiyini, əlaqələrin çoxşaxəliliyini qeyd edib, Bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Bankla rəqəmsal inkişaf, özəl sektorun diaqnostikası, idarəetmə texnologiyaları, innovasiyalar və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və müasir texnoloji yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Respublikası prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də müəyyən olunmuş strateji istiqamətlər üzrə 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafa dair Strategiya hazırlanıb. Yeni inkişaf strategiyası dövlət sektorunun yeni keyfiyyətə transformasiyasını, ekosistemin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını, özəl sektorun, insan kapitalının davamlı inkişafını, rəqəmsal iqtisadiyyatın və innovasiyaların geniş tətbiqi üçün münbit şəraitin yaradılmasını nəzərdə tutur.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus Bankın Azərbaycanla səmərəli əməkdaşlığını diqqətə çatdırıb, ölkəmizdə aparılan iqtisadi islahatların bir çox beynəlxalq maliyyə qurumları tərəfindən də dəstəkləndiyini, həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurları qeyd edib.
Tərəflər Dünya Bankı ilə tərəfdaşlığın genişləndirilməsi, potensial əməkdaşlıq sahələri, Bankın növbəti illər üzrə Azərbaycanda fəaliyyət istiqamətləri, birgə layihələrin icrası, enerji səmərəliliyi, “yaşıl enerji” və sair kimi məsələlər barədə müzakirələr aparıblar.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb