logo

Azərbaycan nefti 108,62 dollara satılır

10:22 07-04-2022 | icon 3773
Azərbaycan nefti 108,62 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

 

YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3 dollar azalaraq 108,62 dollar olub.

Azərbaycan neftinin maksimum satış qiyməti bu il martın 9-də qeydə alınıb. Neftin 1 bareli 135,99 ABŞ dollarına satılıb.  

Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il iyunun 25-də 116 dollardan baha (116,05) satılıb.

Xatırladaq ki, “Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib