logo

Əmmanda Azərbaycan-İordaniya biznes forumu keçiriləcək

17:51 03-04-2022 | icon 2625
Əmmanda Azərbaycan-İordaniya biznes forumu keçiriləcək

Aprelin 17-də Əmmanda Azərbaycan-İordaniya biznes forumu keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı gözlənilir.

Tədbirdə iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf yolları müzakirə ediləcək, əməkdaşlıq sahələri haqqında fikir mübadiləsi aparılacaq.