Azərbaycanın energetika naziri Pərviz Şahbazov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov məlumat verib.
“Görüşdə çoxölçülü strateji tərəfdaşlığımızda enerji əməkdaşlığımızın artan rolunu dəyərləndirdik. Hazırkı artım tempi davam edərsə, ilin sonuna qədər İtaliyaya qaz ixracı 9,5 milyard kubmetrə çata bilər”, - deyə Pərviz Şahbazov qeyd edib.