Aprelin 4-də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana rəsmi səfər edəcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində azərbaycanlı nazir Gürcüstan iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, eləcə də digər rəsmi şəxslərlə görüşəcək.
Görüşlərdə Azərbaycan və Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.