logo

Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

15:31 01-04-2022 | icon 2632
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

YeniAvropa AMB-yə istinadla xəbər verir ki, bu il aprelin 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 136,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 21,5 milyon dollar azdır.