Yanvar-fevral aylarında Azərbaycana 125 milyon 433 min ABŞ dolları dəyərində 11 min 145 avtomobil idxal olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirlib.
Qeyd edilib ki, ölkəyə gətirilən avtomobillərin 87-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 10 min 340-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 668-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 50-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.