logo

SOCAR ötən il çıxardığı neftin əsas hissəsini Novorossiyskidən ixrac edib

14:14 26-03-2022 | icon 4004
SOCAR ötən il çıxardığı neftin əsas hissəsini Novorossiyskidən ixrac edib

Ötən il SOCAR tərəfindən hasil edilən karbohidrogen məhsullarının həcmləri 7,9 milyon ton neft və 7,9 milyard kubmetr qaz təşkil edib. Bu da proqnozla müqayisədə müvafiq olaraq 350,7 min ton çox və 28,3 milyon kubmetr az olub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.

2020-ci illə müqayisədə isə 482,7 min ton çox neft, 516,7 milyon kubmetr çox qaz hasil olunub. Hasil edilmiş neftin 1,3 milyon tonu, təbii qazın isə 1,2 milyard kubmetri ixraca yönəldilib. İxrac neftinin 239,6 min tonu Bakı-Tbilisi-Ceyhan, 1 milyon 88,4 min tonu isə Bakı-Novorossiyski kəmərləri vasitəsilə daşınıb. Neft və qazın ixracından daxilolmalar, ümumilikdə, 766,7 milyon ABŞ dolları təşkil edib.