“Azercell”dən Novruza özəl kampaniya
Novruz bayramı münasibətilə “Azercell” öz abunəçilərinə xoş əhval-ruhiyyəli hədiyyə hazırlayıb. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq şirkət internetdən çox istifadə edən, sürətli mobil internetə ehtiyacı olan abunəçiləri üçün bayram ərəfəsində “Wi-Fi” modeminin satışına xüsusi endirim tətbiq edir.
Novruz kampaniyası çərçivəsində “Azercell Wi-Fi” cihazı cəmi 99 AZN-ə təqdim edilir. Hədiyyəli aksiya zamanı modemlə yanaşı, abunəçilərə 1 aylıq 30GB həmində internet də hədiyyə olunur. Bu güzəştli kampaniya martın 31-dək davam edəcək.
Müasir dizayna malik “Azercell Wi-Fi” cihazı eyni anda 32-ə qədər qurğunun yüksəksürətli internetə qoşulmasına imkan yaradır. Bu universal modemin köməyilə yalnız smartfonlar deyil, kompüter, noutbuk, planşet, printer, hətta televizoru da şəbəkəyə qoşmaq olar. Bu da ailə üzvlərinin hər birinin öz zövqünə uyğun olaraq eyni anda rahatlıqla internetdən istifadəsini mümkün edir.
4G və 3G şəbəkələrini dəstəkləyən modem sayəsində 20 metrlik radiusda stabil internetə qoşulmaq mümkündür. Cihazla birgə “Data” tarifinə aid olan fakturasız xətt nömrəsi də təqdim olunur. Birinci ay bu nömrədə 30GB-lıq internet paketindən pulsuz yararlanmaq olar.
Qeyd edək ki, kampaniya yalnız fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulub. Abunəçilər hədiyyə internet trafiki ilə yanaşı, digər aylıq internet paketlərindən də yararlana bilərlər.
Kampaniya çərçivəsində endirimli “Wi-Fi” cihazını istənilən “Azercell” diler mağazasından əldə etmək mümkündür. Qurğunun texniki parametrləri və kampaniyanın təfərrüatları ilə daha ətraflı məlumatı “Azercell”in rəsmi veb-səhifəsindən əldə etmək olar: “www.azercell.com”.
“Azercell” şirkəti hər il sevinc və bərəkətin rəmzi olan Novruz ərəfəsində abunəçilərini bir-birindən maraqlı və sərfəli kampaniyalarla sevindirir. Şirkətin bu ilki Novruz kampaniyası da “Azercell” abunəçilərinə yaxınları ilə daha çox ünsiyyətdə olmasına, bayram sevincini paylaşmasına imkan verəcək.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb