Fevralın 28-nə əhalinin banklarda olan əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) artım trendi fevral ayında da davam edib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, hesabat ayında bankların əmanət portfeli 4,4 faiz (412,9 milyon manat) artaraq 9 milyard 869,7 milyon manat olub. Əmanət portfelinin 55 faizi (5 milyard 426,5 milyon manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.