logo

Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

18:10 18-03-2022 | icon 3815
Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib

Martın 18-də Moskvada MDB İqtisadi Şurasının növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir ki, Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. İclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

İclas iştirakçıları Kosmos üzrə Dövlətlərarası Şuranın 2020-2021-ci illərdə fəaliyyəti barədə hesabatı dinləyib, milli valyulatalardan istifadənin milli iqtisadiyyatların gücləndirilməsində rolunu müzakirə ediblər. Qeyd olunub ki, Dövlətlərarası Bank MDB məkanında milli valyutalarla ödənişlər üçün hesablaşma platforması yaradıb.

İclas çərçivəsində 2030-cu ilədək informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyasının layihəsi, baytarlıq sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəldilmiş bioloji materialların mübadiləsinə dair saziş layihəsi, ümumi elmi-texniki məkanın yaradılmasına dair saziş layihəsi və digər sənədlər nəzərdən keçirilib. Sənədlərin MDB Hökumət Başçıları Şurasının növbəti iclasında müzakirəyə çıxarılması planlaşdırılır.

Tədbirin sonunda 2021-ci il üçün məhsul və xidmətlərin keyfiyyətinə görə MDB Mükafatları təqdim olunub.

MDB İqtisadi Şurasının növbəti iclası iyunun 10-da Nur-Sultan şəhərində keçiriləcək.