Azərbaycanın xarici dövlət borcu bu il yanvarın 1-nə 8 milyard 135,7 milyon ABŞ dolları ekvivalentində, o cümlədən birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları ekvivalentində olub.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.
Qeyd edilib ki, ötən il dekabrın 31-nə xarici birbaşa dövlət borcunun məbləği 7 milyard 393,4 milyon ABŞ dolları təşkil etməklə 2021-ci ilin əvvəli ilə müqayisədə 8,7 faiz azalıb.