Kəraçi və Lahor şəhərlərindən Bakıya müntəzəm aviareys açıldı
Heydər Əliyev Beynəlxalq Aeroportu martın 16-da “Pakistan International Airlines” aviaşirkətinin ilk sərnişin reysini qəbul edib.
Aeroportun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, aviasiya ənənəsinə görə, salamlama əlaməti olaraq təyyarə su tağı ilə qarşılanıb.
Bu həftədən etibarən Pakistan aviadaşıyıcısı Kəraçi və Lahor şəhərlərindən Bakıya həftədə iki dəfə uçuşlar həyata keçirəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk reys münasibətilə “Azərbaycan Hava Yolları” QSC(AZAL) rəhbərliyinin və “Pakistan International Airlines” aviaşirkətinin iştirakı ilə tədbir keçirilib.
"AZAL"ın vitse-prezidenti Eldar Hacıyevin çıxışında qeyd etdiyi kimi yeni marşrut Azərbaycanla Pakistan arasında dostluq əlaqələrini möhkəmləndirəcək. “Gələcəkdə bu marşrut iki ölkənin işgüzar və turizm əlaqələrinin inkişafı üçün möhkəm təməl olacaq, həmçinin Bakı hava limanı vasitəsilə digər ölkələrlə rahat uzlaşmanı təmin edəcək. Perspektivdə "AZAL" aviaşirkəti, həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır”, - deyə o, bildirib.
Eldar Hacıyev, qeyd edib ki, Azərbaycanın bütün hava limanlarında xarici aviaşirkətlər üçün beşinci və yeddinci dərəcəli hava məkanı azadlığı tətbiq edilir. Bu azadlıqlar bütün xarici aviadaşıyıcılara Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşları heç bir məhdudiyyət qoyulmadan yerinə yetirməyə imkan verir.
Öz növbəsində, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye qeyd edib ki, hava əlaqəsinin başlanması tarixi hadisədir və ölkələr arasında dostluq münasibətlərinin və mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. “Bu, həmçinin ölkəmizin Azərbaycanla uzunmüddətli münasibətlərdə maraqlı olmasının təkzibedilməz sübutudur. İki qardaş ölkə arasında hava əlaqəsi hər iki dövlətin turizm potensialının inkişafına yeni təkan verəcək və Azərbaycan və Pakistanın iş adamları arasında əlaqələri genişləndirəcək”, - deyə diplomat qeyd edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov qonaqları salamlayaraq, Azərbaycan-Pakistan münasibətlərinin möhkəmləndirilməsi işində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. O, gələcəkdə iki ölkənin şəhərləri arasında reyslərin sayının artırılacağına ümid etdiyini bildirib.
“Pakistan International Airlines” aviaşirkətinin baş icraçı direktoru Arşad Malikin sözlərinə görə, reyslərin yerinə yetirilməsi iki xalqı yaxınlaşdırmaq üçün mühüm körpüdür.
“Azərbaycan böyük turizm potensialına malik olan gözəl ölkədir. Hava əlaqəsi ölkələrimizi daha da sıx birləşdirəcək və eyni zamanda, bütün sahələrdə, o cümlədən ticarət və turizm sahələrində sahibkarlar üçün yeni imkanlar açacaq”, - deyə o qeyd edib.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb