Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq fevral ayının 1-nə milli valyuta ekvivalentində 9 milyard 635,8 milyon manat təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, əmanətlərin 60,7 faizi milli, 39,3 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 8,9 faiz azalıb.
Fevral ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,93 (1,93) manata, 100 türk lirəsinə 12,48 (12,55) manata, 100 rus rubluna 2,17 (2,20) manata bərabər olub.