“Qaradağ” Günəş Elektrik Stansiyası Azərbaycana 110 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.
YeniAvropa xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün keçiilən mətbuat konfransında deyib.
“Stansiya ildə 200 min ton karbon qazı (CO2) emissiyasının qarşısını alacaq. Yeni stansiya ilə Azərbaycanın bərpa olunan enerji mənbələri hesabına illik elektrik enerjisi istehsalının həcmi 3 milyard kVt/saata çatacaq”, - deyə nazir sözlərinə əlavə edib.