logo

Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları ötüb

11:44 15-03-2022 | icon 3472
Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları ötüb

"Ötən il strateji valyuta ehtiyatlarımız 2,5 milyard ABŞ dollarına yaxın artaraq 53 milyard ABŞ dollarını ötüb və xarici birbaşa dövlət borcunu 7 dəfədən çox (7,4) üstələyir".

YeniAvropa xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında söyləyib.

Əli Əsədov bildirib ki, 2021-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 7,4 milyard ABŞ dolları təşkil edib. 2020-ci ilin sonu ilə müqayisədə 707 milyon ABŞ dolları və ya 8,7 faiz azalıb. Birbaşa xarici dövlət borcu ümumi daxili məhsulun 13,5 faizini təşkil edib.

“2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat proqnoza qarşı 26,4 milyard manat təşkil edib və 3,8 faiz çox olub”, - deyə baş nazir qeyd edib.