logo

Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin nəzdində logistika idarəsi yaradılıb

18:58 14-03-2022 | icon 2534
Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin nəzdində logistika idarəsi yaradılıb

Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin nəzdində “TDK-Logistika” logistika idarəsi yaradılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov səfirlikdə təşkil olunan işgüzar görüş zamanı deyib.

O, ikitərəfli ticarət dövriyyəsinin intensivləşdirilməsi və həcminin artırılması üçün ən yüksək və hökumətlərarası səviyyələrdə razılaşmaların həyata keçirilməsindən danışıb.

S. Abdıkərimov beynəlxalq turbulentlik şəraitində nəqliyyat və logistika ticarət zəncirlərinin səmərəli restrukturizasiyasının vacibliyini vurğulayıb. O, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutumuzun qlobal təchizat zəncirinə düzgün inteqrasiyasının vacibliyini qeyd edib.

Həmçinin bildirilib ki, Zəngəzur dəhlizinin yaradılması iki ölkənin Xəzər liman infrastrukturunun artan potensialının açılması üçün yeni imkanlar açır.

Ticarət Evinin bəyan edilmiş məqsədlərindən biri Qazaxıstan mallarının Azərbaycana, oradan Avropaya və əksinə çatdırılması üçün səmərəli nəqliyyat və logistika marşrutlarının inkişafıdır. Bununla əlaqədar olaraq, iclas iştirakçıları Qazaxıstan Ticarət Evinin yeni “TDK-Logistics” logistika bölməsinin yaradılması barədə qərarını alqışlayıblar.

Ticarət Evinin baş direktoru Rüfət Rzayev vurğulayıb ki, Logistika Departamenti hərtərəfli və səmərəli yükdaşıma marşrutlarının qurulması, logistik prosesin optimallaşdırılması, mümkün xərclərin azaldılması və müştərilərə ən komfortlu xidmətlərin göstərilməsi üzərində çalışacaq. Bununla bağlı o, iki ölkənin işgüzar dairələrini fəal əməkdaşlığa dəvət edib.