logo

"Azercell" abunəçilərinə müraciət etdi

16:17 12-03-2022 | icon 3003
"Azercell" abunəçilərinə müraciət etdi

“Azercell Telekom” MMC abunəçilərini  “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən "Azercell" mobil nömrə satışı təkliflərinə, şübhəli məzmunlu keçidlərə və ismarıclara reaksiya verməməyə çağırır.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada deyilir.

"Bildiririk ki, müvafiq məzmun və saxta təkliflərin "Azercell"ə heç bir aidiyyatı yoxdur.

Yarana biləcək saxtakarlıq və dələduzluq hallarının qarşısını almaq üçün "Azercell" mobil nömrələrin əldə edilməsi üçün yalnız şirkətin rəsmi  www.azercellim.com  internet səhifəsinə, eləcə də "Azercell Eksklüziv" mağazaları və rəsmi diler şəbəkəsinə müraciət etməyi xahiş edir",-deyə açıqlamada bildirilir.

. Eyni zamanda şirkət öz abunəçilərindən şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, qeyri rəsmi internet saytlardan istifadə etməməyi tövsiyə edir.