Martın 18-də Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 93-cü iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, iclasa Qazaxıstanın baş nazirinin müavini, ticarət və inteqrasiya naziri, MDB-nin İqtisadi Şurasının sədri Baxıt Sultanov sədrlik edəcək.
Birlik ölkələrindən olan nümayəndə heyətlərinin başçıları MDB-yə üzv ölkələrin iqtisadi əməkdaşlığının müxtəlif sahələrini əhatə edən məsələləri müzakirə edəcəklər.