logo

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

20:10 10-03-2022 | icon 3304
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Martın 10-da Azərbaycan İnvestisiya Holdinqinin(AİH) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri, AİH-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində 2021-ci ildə holdinqin görülən işlər barədə fəaliyyət hesabatı, üç portfel şirkətin - “Azər-Türk Bank” ASC, “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti” və “Təmiz şəhər” ASC-nin fəaliyyətinin diaqnostikasının nəticələri, portfel şirkətlərində Koordinasiya ofislərinin təşkili haqqında və digər cari məsələlər müzakirə edilib.

İclasda holdinqin İdarə Heyətinin sədri Mətin Eynullayevin və baş icraçı direktoru Ruslan Əlixanovun məruzələri dinlənilib. Həmçinin diaqnostikanın nəticələri barədə aidiyyəti portfel şirkətlərin Müşahidə Şurasının sədrinin və şirkət rəhbərlərinin çıxışları ətrafında geniş müzakirələr aparılıb.