Azərbaycanda martın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Martın 11-dən 12-nə keçən gecə bəzi ərazilərdə qısa müddət ərzində yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə və gündüz 4-7° isti, axşama doğru 3°-yə yaxın, Bakıda gecə və gündüz 4-6° isti, axşama doğru 3°-yə yaxın olacağı ehtimal edilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 6-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı bildirilir.