logo

Rusiya Azərbaycandan pomidor ixracına məhdudiyyətləri ləğv etdi

12:44 05-03-2022 | icon 3087
Rusiya Azərbaycandan pomidor ixracına məhdudiyyətləri ləğv etdi

Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması sahəsində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri tədbirlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, aparılan danışıqların məntiqi nəticəsi və təsərrüfatlarda həyata keçirilmiş monitorinqlər, həmçinin məhsullardan götürülmüş nümunələrin laborator müayinələri ilə bağlı təqdim olunmuş məlumatlara əsasən, martın 5-dən etibarən Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor məhsulunun həmin ölkəyə ixraci ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.