logo

"Bakcell" Qarabağda şəbəkəsini genişlənmək üçün 23 milyon manat investisiya yatıracaq

16:56 04-03-2022 | icon 3332
"Bakcell" Qarabağda şəbəkəsini genişlənmək üçün 23 milyon manat investisiya yatıracaq

"Bakcell" işğaldan azad olunmuş ərazilərdəki şəbəkəsinin genişlənməsinə qoyacağı investisiyanın həcmini 23 milyon manata çatdıracaq.

YeniAvropa xəbər verir ki, bu barədəşirkətin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, bununla da 2022-ci ilin sonunadək Qarabağda qurulmuş baza stansiyalarının sayı 100-ü ötəcək.

Hazırda "Bakcell" şəbəkəsi Şuşada və Cıdır düzündə, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Tərtər və Xocavənd rayonlarının müxtəlif yerlərində, Zəngilan Beynəlxalq Hava Limanının tikildiyi ərazidə, Füzuli Beynəlxalq Hava Limanında mövcuddur.

"Bakcell" Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir.

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.