Rusiyadan Azərbaycana aviabiletlər kəskin bahalaşıb
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən bir çox ölkənin öz hava məkanını Rusiya üçün bağlaması, o cümlədən Avropaya uçuşların kütləvi şəkildə dayandırılması, uçuşların mümkün olduğu ölkələrə biletlərin rekord bahalaşması ilə nəticələnib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, hazırda Rusiyadan Gürcüstana uçuşlar Maldiv adalarına uçuşdan baha başa gəlir. Üstəlik bu uçuş ən azı üç dayanacaqla və 3 sutkaya həyata keçirilir.
Bildirilir kii, bu gün, martın 4-də Moskvadan Tbilisiyə ən ucuz biletin qiyməti 76 min rubl (671 dollar) təşkil edib. Uçuşa iki transfer daxildir, mənzil başına çatmaq 3 gün çəkir. Sankt Peterburq- Antalya- İstanbul istiqaməti ilə 22 saatlıq uçuş 96 min rubla başa gəlir.
Rusiyadan Türkiyəyə uçuş qiyməti martın ilk iki günü ərzində 4 dəfə artıb. Martın 2-də İstanbula tək tərəfli gediş bileti təxminən 1863 dollar olub. Türk mətbuatına danışan rus sərnişinlər bildiriblər ki, sərhədlərin qapadılmasından narahatdılar, buna görə də qiymət fantastik səviyyədə olsa da, ölkədən çıxmağa çalışırlar. Çoxları uzun müddət ticarətin zəifləyəcəyini düşünür. Martın 5-dən qiymət nisbətən enir, lakin əksər günlər üçün satışda bilet qalmayıb.
Martın 6-da “AZAL” Hava Yolları ilə Moskva-Bakı reysi uçmaq tək tərəfli 680,16 avroya başa gəlir. Martın 7-dən qiymət təxminən 15-20 avro ucuzlaşır, lakin şirkətin saytında göstərilir ki, bütün biletlər artıq satılıb.
Qeyd edək ki, sanksiyalardan sonra təxminən 150 minədək Rusiya vətəndaşının Avropa ölkələrində qaldığı və geri dönə bilmədiyi açıqlanmışdı. Rusiya hökuməti bildirmişdi ki, vətəndaşlar bacardıqca öz imkanları hesabına olduqları ölkələri tərk edib qayıda bilərlər. Çünki hamını təxliyə etmək mümkün deyil. Avropa ölkələrində qalan ruslar başqa ölkələrin aviaşirkətlərinin təyyarələri ilə Rusiyaya yaxın hansısa ölkəyə uça, oradan isə Azərbaycan, Qazaxıstan və Türkiyə üzərindən Rusiyaya gələ bilərlər.
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub